Azərbaycan qəbul ediləcəyi təqdirdə, OPEK+ sazişinin uzadılması haqqında qərarı dəstəkləyəcək.
Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
Nazir bildirib ki, Azərbaycan üzərinə götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə daim çox ciddi yanaşır:
“OPEK+ sazişi də istisna deyil. Neft bazarındakı stabillik ölkəmizin maraqları çərçivəsindədir. Bu səbəbdən biz bu təşəbbüsə qoşulmuşuq. Biz hesab edirik ki, bu istiqamətdə müəyyən addımların atılması mümkündür. Zaman göstərdi ki, Vyanadakı saziş özünü doğrultdu. Bu, böyük nailiyyətdir”.