17 C
Baku
Friday, May 3, 2024

Azərbaycan orta aylıq pensiya məbləğinə görə MDB ölkələri üzrə sıralamada birinci yerə yüksəlib

Sosial islahatlar nəticəsində ölkəmizdə pensiyalarda artım dinamikasının nəticəsi olaraq, orta aylıq pensiyanın beynəlxalq dollar ifadəsində məbləğlərinin MDB ölkələri, Gürcüstan və Ukrayna üzrə müqayisəli sıralamasında Azərbaycan artıq ikinci yerdən birinci yerə yüksəlib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Bildirilib ki, eyni zamanda, ölkəmiz minimum və orta aylıq pensiya göstəricilərinin Alıcılıq Qabiliyyəti Pariteti əsasında hesablanmış dollar ifadəsində həmin sıralamada ilk yeri tutmaqda davam edir.

Minimum aylıq əməkhaqqının da dollar ifadəsində məbləği və Alıcılıq Qabiliyyəti Pariteti üzrə müqayisəsində qeyd olunan sıralamada ölkəmiz 4-cü yerdən 3-cü yerə yüksəlib.

642bfc0fa8f4d642bfc0fa8f4e1680604175642bfc0fa8f4a642bfc0fa8f4b

Son xəbərlər
 ⁠
Digər xəbərlər