9 C
Baku
Wednesday, November 6, 2024

Azərbaycan orta gəlirli dövlətlər qrupuna daxil oldu

Mərkəzi Bankın İdarə Heyətinin 2013-cü ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilmişdir. Mərkəzi Bankın struktur bölmələrinin və regional ərazi idarələrinin rəhbərlərinin iştirak etdiyi iclasda sədr Elman Rüstəmov giriş nitqi ilə çıxış etmişdir.

Ölkəmiz adambaşına düşən ümumu daxili məhsulun həcminə görə 100 pillə irəliləyərək qısa zaman ərzində orta gəlirli dövlətlər qrupuna daxil olmuşdur. Dünya İqtisadi Forumuna görə Azərbaycan ən aşağı inflyasiyaya malik 7 ölkədən biridir. Ötən ilin əlamətdar hadisələrdən biri də odur ki, Azərbaycanın dünyada 40 rəqabətli ölkə arasında yer alıb.

Dünyanın əksər aparıcı ölkələri hələ də böhran qarşıdurması problemlərini həll etdiyi bir vaxtda, Azərbaycan dayanıqlı inkişafa yönəlmiş yeni strateji vəzifələri həyata keçirməkdədir. Ölkə makroiqtisadi dayanıqlıq göstəricilərinə görə dünyada ilk onluqda qərarlaşmışdır. Milli iqtisadiyyat yüksək məşğulluq həddində fəaliyyət göstərir. Ölkədə yüz minlərlə yeni iş yerləri açılmış, regionların sosial-iqtisadi inkişafı sürətlənmişdir.

 

Son xəbərlər
Digər xəbərlər