9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan ötən il 110-dan çox ölkəyə qeyri-neft məhsulları ixrac edib

2023-cü ildə Azərbaycanın qeyri-neft məhsulları 110-dan çox ölkəyə ixrac edilib.

Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan məhsulları əsasən Rusiyaya, qismən isə Türkiyə, Gürcüstan, İsveçrə, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Qırğızıstan və Rumıniyaya ixrac edilib.

“Ötən il Azərbaycanın qeyri-neft ixracının dəyərində rekord qeydə alınıb. 2023-cü ildə Azərbaycan 3.348 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2022-ci illə müqayisədə 9.8% çoxdur”, – deyə icraçı direktor əlavə edib.

Bundan başqa, AZPROMO rəhbəri deyib ki, 2023-cü ildə yerli şirkətlərin “Made in Azerbaijan” vahid stendi ilə 5 beynəlxalq sərgidə iştirakı təmin edilib.

“Bu ay İraqda “Yaşıl həftə” sərgisində Azərbaycan öz məhsulları ilə təmsil olunub. Bu il Yaponiya, Cənubi Koreya və Almaniyada keçiriləcək sərgilərdə Azərbaycanın iştirakı nəzərdə tutulur”, – deyə Y.Abdullayev vurğulayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər