Azərbaycandan ötən il 23.8 mlrd. kubmetr qaz ixrac olunub, bu da illik müqayisədə 5.3% çoxdur.
Bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Məlumata görə, ixrac olunan qazın 11.8 mlrd. kubmetri Avropaya nəql olunub.
“Yanvar-dekabr aylarında qaz ixracı 5.3% artıb. Avropaya 11.8 mlrd. kubmetr, Türkiyəyə 9.5 mlrd. kubmetr, Gürcüstana isə 2.5 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 5.6 mlrd. kubmetr qaz nəql olunub”, – deyə paylaşımda qeyd olunur.