Ötən il ərzində Azərbaycandan 28.1 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql edilib, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə təqribən 287 min ton, yəni 1% azdır.
Banker.az Energetika Nazirliyinin 2021-ci ilin nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir ki, hesabat dövründə ixraca nəql edilən neftin 26.8 mln. tonu Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” neft yataqlarında hasil edilən neftin və “Şahdəniz” yatağında istehsal edilən kondensatın, qalan 1.3 mln. tonu SOCAR tərəfindən öz gücünə istehsal olunan neftin (kondensatla birlikdə) payına düşüb.