15 C
Baku
Wednesday, May 1, 2024

Azərbaycan ötən il Gürcüstandan $11.5 milyonluq minik avtomobilləri alıb (SİYAHI)

Azərbaycan 2023-cü ildə Gürcüstandan minik avtomobili idxalını yüksəldib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, hesabat ilində 132 minik avtomobili idxal edilib. Bu da öncəki 2022-ci ildəki 36 ədəddən 3.6 dəfə yuxarıdır.

Gürcüstandan ötən il alınan minik avtomobillərinin idxal dəyəri 11 milyon 545.2 min dollar təşkil edib.

İdxal edilən avtomobillər əsasən mühərrik həcmi 1500-3000 kub-sm olan benzin minik avtomobilləridir. Ötən il onlardan Azərbaycana 79 ədəd və ya 4 milyon 779.8 min dollarlıq idxal edilib.

Minik avtomobili Miqdar, ədəd  Həcm, min $
1500-3000 kub sm olan, benzin 79    4,779.80
3000 kub sm-dən çox olan, benzin 15    3,370.39
1500-2500 kub sm olan, dizel 8       439.10
2500 kub sm-dən çox olan, dizel 14    1,634.28
Hibrid mühərrikli 9    1,063.45
e-Car 7       258.15
Cəmi 132  11,545.17

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər