-1 C
Baku
Friday, February 21, 2025

Azərbaycan ötən il xaricdən 405 yeni avtobus alıb

2024-cü ildə ölkəyə 82 434 ədəd minik avtomobili, 8 430 ədəd yük avtomobili, 405 ədəd avtobus idxal olunub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ötən il Azərbaycana ümumilikdə 68 milyon 65 min dollar məbləğində avtobus idxal edilib ki, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 7 dəfə çoxdur.

Statistik məlumatlara əsasən, hesabat dövründə respublikaya ümumilikdə gətirilən avtobuslarda 2.5 dəfə artım olub.
Son xəbərlər
Digər xəbərlər