Azərbaycanda oktyabr ayında otel, mehmanxana tərəfindən göstərilən gecələmə xidmətinin qiymətində artım olub.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bütün qiymətlər orta ölçüdə götürülür.
Məlumata görə, oktyabr ayında 1 nəfərin otel, mehmanxana tərəfindən göstərilən gecələmə xidmətinin orta qiyməti 37.30 manatdan 37.46 manata qalxıb. Beləliklə, aylıq 0.4% bahalaşma olub.
Ötən ilin eyni dövründə otel, mehmanxana tərəfindən göstərilən gecələmə xidmətinin orta qiyməti 33.38 manat olub. İllik müqayisədə qiymət artımı 12.2%-dir.