9 C
Baku
Sunday, November 17, 2024

Azərbaycan otellərində “Yeni İl” qiymətləri – 3 gecəyə 8 min manat

Yeni ilə çox az vaxt qalıb və təzə ili Azərbaycanda keçirmək istəyən vətəndaşlar daha çox otellərə üz tuturlar. Bu il Yeni il şənliyi təşkil olunan otellərin böyük əksəriyyətində yerlər artıq indidən bron edilib.

Banker.az Booking.com-dan bölgələrimizdə bir otaqlı və iki çarpayıdan ibarət olan kurortları və qiymətlərin siyahısını təqdim edir.


Basqal Resort & SPA – Basqal ölkənin mərkəzində və Bakı dan 150 km aralı, dəniz səviyyəsindən 1081 metr yüksəklikdə yerləşir. Kompleks 179 otaq, 3 yataq otağı olan dörd ayrıca kottecdən və içərisində açıq havada özünəməxsus kiçik hovuzu olan 1 kottecdən ibarətdir. 27-28 dekabrda 1 gecəlik səhər yeməyi daxil olmaqla “standard king” otaq 180 AZN, 27-29 dekabr isə 360 AZN olacaq.

basqal

“Quba Palace” Hotel –  31.12- 02.01 tarixinə olan Otaq növü və Qiymət cədvəlini sizə təqdim edirik: Deluxe Mountain (2 nəfərlik) 1,899 AZN, Deluxe Lake (2 nəfərlik) 1,999 AZN, Junior suite (2 nəfərlik) 2,099 AZN, Honeymoon suite (2 nəfərlik) 2,199 AZN, Family suite (4 nəfərlik) 3,999 AZN, Manna villa (2 nəfərlik) 2,199 AZN, Midiya villa (6 nəfərlik) 6,299 AZN, Urmiya villa (8 nəfərlik) 7,899 AZN, Atropatena villa (8 nəfərlik) 7,899 AZN-dir. Qiymətlərə səhər yeməyi, 31 dekabr günorta yeməyi və Qala Şam yeməyi, 1 yanvar tarixində səhər yeməyi və şam yeməkləri, 2 yanvar tarixində səhər yeməyi daxildir.

quba palacee

 


Lankaran Springs Wellness Resort – Bu oteldə 31 dekabr və 1,2 yanvar tarixlərində boş yer yoxdur, 29-30 dekabr tarixinə isə 2 nəfərlik “standart double” otaq səhər yeməyi ilə birlikdə 155 AZN, səhər və nahar yeməyi daxil olmaqla 185 AZN təşkil edir.

Lankaran Springs Wellness Resort


Shahdag Hotel& SpaDekabrın 30-dan yanvarın 2-dək bütün yerlər bron edilib. 29-30 dekabr tarixində 1 gecəlik səhər yeməyi də bir yerdə 220 AZN təşkil edir.

Shahdag Hotel Spa


Qafqaz Tufandag Mountain Resort Hotel – Qafqaz Tufandağ Oteli Böyük Qafqaz dağlarının qoynunda, Tufandağ Qış-Yay turizm kompleksinin mərkəzində yerləşən oteldir. Oteldə 2 nəfərlik Yeni il qiymətləri belədir: 31 dekabr-1 yanvar tarixinə yerlər yoxdur. 29-30 dekabr 325 AZN, 30-31 dekabr 295 AZN, 2-3 yanvarda isə 645 AZN-dir.

qafqaz tufandag


Qafqaz Riverside Otel – Qafqaz dağlarının yamacında Dəmiraparan çayının kənarında 20 hektarlıq möhtəşəm yaşıllıqlar içərisində yerləşir. Qəbələ şəhər mərkəzində yerləşən otel bir tərəfdən Tufandağ Qış-Yay turizm kompleksi, digər tərəfdən isə Qəbələnd əyləncə mərkəzi ilə əhatələnmişdir. Oteldə 29 dekabr- 31 dekabr tarixlərində 2 nəfərlik səhər yeməyi də daxil olmaqla 450 AZN, 30-31 dekabrda 225 AZN təşkil edir. 31 dekabr-1 yanvar tarixlərində isə boş yer yoxdur.

Qafqaz Riverside Otel


Qalaaltı Hotel&SPA – Bakıdan 120 kilometr məsafədə,  Şabran rayonunda yerləşən, unikal memari stilitə və istirahət formatına malik olan yeni müalicəvi-bərpa kurort kompleksidir. 2 nəfər üçün 29-30 dekabr tarixində 119 AZN, 30-31 dekabr tarixində 179 AZN təşkil edir.

Qalaalti HotelSPA


Shamakhi Palace Sharadil – “Shamakhi Palace Sharadil” Böyük Qafqaz Dağlarının yamacında, Azərbaycanın düz ürəyində Şamaxı şəhərində yerləşir. Otelin binası 43370 kv.m. və ümumi ərazisi 16 hektardır. 29-30 dekabrda 1 gecə 2 nəfərlik 180 AZN, 30-31 dekabr 180 AZN təşkil edir.

samaxi palace


Chenot Palace Health Wellness Hotel – Qəbələdə Nohur gölü ətrafında yerləşir. 29 dekabr-1 yanvar tarixlərində 3 gecə 2 nəfərlik 1 otaq 8 007 manatdır.

Chenot Palace Gabala


Pik Palace Shahdag – 8 yanvara qədər boş yer yoxdur. 8-9 yanvarda 1 gecəyə səhər yeməyi də daxil olmaqla “deluxe king” otaq 350 AZN təşkil edir.

pick palace


Park Chalet Hotel, Shahdag – Bu oteldə də 8 yanvara qədər bütün yerlər doludur. 8 yanvardan sonrakı günlər 1 gecəlik 300 AZN təşkil edir.

park chalet


Sakit Göl HotelBu otel Şamaxıda yerləşir. 27-28 dekabrda 2 nəfərlik göl mənzərəli səhər yeməyi və vergilər də daxil olmaqla 279 AZN, 3-4 yanvar 356 AZN, 3-5 yanvar 712 AZN, 3-6 yanvar isə 1068 AZN təşkil edir.

sakit gol hotel

Son xəbərlər
Digər xəbərlər