Azərbaycan yaxın gələcəkdə oyun texnologiyaları sahəsində liderə çevrilə bilər.
Bunu Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov “Gənclər Paytaxtı”nın bağlanış mərasimi çərçivəsində keçirilən “Gaming texnologiyaları üzrə sammit”də jurnalistlərə açıqlamasında deyib.
Şöbə müdiri bildirib ki, virtual oyunlara maraq ildən-ildən artır:
“Artıq Azərbaycanda da bu proseslərə xüsusi diqqət yetirilir. Bir il ərzində Mədəniyyət Nazirliyinin tərkibində olan biznes inkubasiya proqramında 15 yeni oyun studiyası formalaşıb”.
Onun sözlərinə görə, yaxın gələcəkdə Azərbaycan bu sahədə liderə çevrilə bilər:
“Ölkəmiz yaxın zamanda oyun texnologiyaları sahəsində böyük uğurlar qazanaraq liderə çevrilə bilər. Çünki islam ölkələri birlikdə böyük bir bazardır”.