18 C
Baku
Monday, October 13, 2025

Azərbaycan-Özbəkistan birgə investisiya şirkətinin filialı qeydiyyatdan keçib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Azerbaijan Uzbek İnvestment” Birgə Müəssisəsi MMC-nin Azərbaycandakı filialını dövlət qeydiyyatına alıb.

Banker.az xəbər verir ki, filialın qanuni təmsilçisi isə Paşa Yadigar oğlu Yolçiyevdir.

Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 62, Marine Plaza mərtəbə 5 m.504 ünvanıdır.

Xatırladaq ki, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti 2023-cü ilin dekabrında Özbəkistanda “Azerbaijan Uzbek İnvestment” MMC Birgə Müəssisəsi (AUİC) kimi qeydiyyatdan keçib. Ofisi Daşkənd şəhərindəki “Trilliant Tower 1” Biznes Mərkəzində yerləşən investisiya şirkətinin nizamnamə kapitalı 500 mln. ABŞ dollarıdır. Birgə müəssisənin strateji məqsədi idxalı əvəz edən və yüksək texnologiyalı məhsul istehsalının təşviqi, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, emal sahələri və innovasiyaların inkişafı, xarici investisiyaların cəlb edilməsidir.

Son xəbərlər
Digər xəbərlər