9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan-Özbəkistan İnvestisiya Fondu yaradılacaq

Azərbaycan-Özbəkistan İnvestisiya Fondu yaradılacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun nizamnamə kapitalı Azərbaycan tərəfi üçün 75 %, Özbəkistan tərəfi üçün isə 25 % müəyyənləşdirilib. Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun nizamnamə kapitalının yuxarı həddi 500 min ABŞ dolları müəyyən edilib.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər