20 C
Baku
Wednesday, May 29, 2024

Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun adı dəyişir

Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun adı dəyişir.

Bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında 2023-cü il 24 fevral tarixli Saziş”ə dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında” qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Fond Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti (Fond) adlanacaq.

Müzakirələrdən sonra layihə parlamentin plenar iclasına tövsiyə edilib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər