Azərbaycan, Özbəkistan və Türkiyə arasında üçtərəfli bəyannamə imzalana bilər.
Sənədin avqustun 2-də Daşkənddə üç ölkənin xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin görüşü zamanı imzalanacağı nəzərdə tutulur.
Görüş zamanı Azərbaycan tərəfini xarici işlər naziri Ceyhun Bayramovun və iqtisadiyyatla bağlı nazirlərin təmsil edəcəyi gözlənilir.