Azərbaycan 2022-ci ilin ilk yarısında xaricə mis filizi ixracını artırıb. İllik müqayisə ilə cari ilin yanvar-iyununda öncəki ilin eyni dövründən 55% daha çox mis satılıb.
Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
İxrac edilmiş misin həcmi 9 051 ton təşkil edib. Bu da ümumilikdə 14 milyon 109.5 min ABŞ dolları dəyərində ixrac deməkdir.
Cari ildə mis filizinin hər tonunu orta ölçüdə $1 559-a satıb. Bu öncəki ilin eyni dövründə $1 717 idi. Yəni illik müqayisədə 9% ucuzlaşıb.
Mis filizinin 80%-i yaxud, 7 262 tonu ( $10 961 mini) Özbəkistana satılıb. Öncəki ildə bu rəqəm 3 443 ton idi, yəni ümumi ixracın 59%-i.
Qalan 1 280 tonu ($2 027 min) İsveçrəyə və 507 tonu ($1 121 mini) isə Türkiyəyə satılıb.