9 C
Baku
Friday, December 13, 2024

Azərbaycan Özbəkistana yüklərin tranziti üçün endirim edəcək

Özbəkistan Türkmənistan, Gürcüstan və Azərbaycanla yük tranzitinə endirimlər barədə razılığa gəlib.

Bu barədə Özbəkistanın investisiyalar və xarici ticarət nazirinin birinci müavini Aziz Voitov deyib.

“Bu yaxınlarda biz tərəfdaş ölkələrlə, xüsusən də Azərbaycan və Gürcüstanla razılaşa bildik. İndi bu ölkələrin limanlarından malların çatdırılması 30% ucuz həyata keçirilir. Bundan əlavə, biz Xəzərdə xərclərin azaldılmasında dair razılığa gəldik”, – deyə A. Voitov qeyd edib.
O həmçinin əlavə edib ki, Türkmənbaşı və Bakı limanları ilə nəqliyyat xərclərinin 50% azaldılmasına dair də razılıq əldə olunub.

Qeyd edək ki, ötən həftə Daşkənddə altı ölkənin – Özbəkistan, Azərbaycan, Gürcüstan, Qırğızıstan, Türkmənistan və Türkiyənin dəmir yolu rəhbərlərinin ikigünlük görüşü keçirilib. Görüşdə “Asiya-Sakit okean ölkələri-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa” beynəlxalq multimodal marşrutunun inkişafı məsələləri müzakirə olunub.

Son xəbərlər
Digər xəbərlər