10 C
Baku
Friday, December 13, 2024

Azərbaycan özü də xaricdən neft almağa başladı

Xaricə özü nefti ixrac edən Azərbaycan 2021-ci ilin yola saldığımız 4 aydan sonra ilk dəfə neft alışına başlayıb. Bu barədə Banker.az-a rəsmi mənbələr məlumat verir.

2021-ci ilin aprel ayında Türkmənistandan neftin idxalını bərpa edib. Aprel ayının 30 günü ərzində Azərbaycan Türkəminstandan 218.8 min barrel həcmində xam neft idxal edib. Bu neftin idxalına görə Azərbaycandan Xəzərin şərq sahilinə 14.22 mln. ABŞ dolları həcmində valyutaaxını baş verib. Bu isə Azərbaycanın bu neftin hər barelinə görə 65 dollar ödəməsi deməkdir.

Azərbaycan bu ölkədən neft idxalını 2020-ci ildə bir neçə dəfə dayandırmalı olub.  Məsələn, 2020-ci ilin aprel ayına qədər Türkmənistandan 368.91 min barel neft idxal etdiyi halda, ondan sonrakı aylarda cüzi həcmdə idxal edilmişdi. Bir neçə aydan sonra isə, oktyabr ayına qədərki idxal həcmi  883.71 min barelə yüksəlmişdi. Ümumilikdə isə 2020-ci il ərzində 1 milyon 323.90 min barrel neft idxal etmişdi.

Son xəbərlər
Digər xəbərlər