9 C
Baku
Friday, December 13, 2024

Azərbaycan “pəhriz saxlayır” — Çörək məhsullarının istehsalı ötən il azalıb

Azərbaycan əhalisi 2023-cü ildə un məmulatlarının istehlakını azaldıb, bunu rəsmi statistika deyir. 

Banker.az xəbər verir ki, ötən il unun istehsal həcmi illik müqayisədə 2.6 faiz azaldaraq 1 mln. 328.75 min tona düşüb.

2022-ci ildə 1 mln. 365 min tonluq buğda unu istehsal edilmişdi.

Adambaşına düşən unun həcmi 1 yanvar 2024-cü il tarixinə 130.56 kq təşkil edir. Məsələn bu, bir il öncə 133.6 kq idi.

Unun istehsalının azalması ilə paralel ondan hazırlanan çörəyin həcmi də azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 3.1 faiz azalaraq 1 mln. 207.15 min tona düşüb.

Bununla belə, 71.98 min tonluq un qənnadı (2022: 58.68 min ton) və 5.05 min tonluq makaron ( 8.48 min ton) istehsal edilib.

Qeyd edək ki, Azərbaycan bu il xaricdən (əsasən Rusiyadan ) 1 mln. 175.34 min tonluq buğda idxal edib ki, illik müqayisədə 9.1% azalmadır. Bununla belə, 2022-ci ildə buğdanın bir tonu Azərbaycana 337.6 dollara idxal edildiyi halda, 2023-cü ildə 258.6 dollara düşüb.

Son xəbərlər
Digər xəbərlər