8 C
Baku
Sunday, November 17, 2024

Azərbaycan Pakistan və Britaniyaya avtomobillə yük daşımalarına başlayır

Bu ildən Azərbaycandan Pakistan və Böyük Britaniyaya avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının həyata keçirilməsi mümkün olacaq.

Bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, artıq bu ölkələrlə ikitərəfli əsasda icazə blanklarının mübadiləsi aparılıb.

“Beləliklə, Azərbaycanın avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma fəaliyyəti göstərilən ölkələrin sayı 50-yə çatıb. Həmçinin Azərbaycan daşıyıcılarının Türkiyə Limanlarından tam miqyaslı daşıma etmələrinə icazə verilməsi haqqında da razılıq əldə olunub. Azərbaycan daşıyıcılarının avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları coğrafiyası hər il genişlənir”, – deyə məlumatda qeyd edilib.

Ölkədaxili yük daşımaları sahəsində dövlət tənzimlənməsinin təkmilləşdirilməsi, nəzarətin gücləndirilməsi məqsədilə “Avtomobil nəqliyyatı haqıında” Qanunun tələbinə uyğun olaraq, yükdaşıma fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərin uçota alınması prosesi davam etdiriləcək. Bütün avtonəqliyyat vasitələrinin sahibkarları buraxılış vəsiqəsi, yük nəqliyyat vasitələri isə buraxılış kartı alaraq fəaliyyətlərini davam etdirəcəklər. Buraxılış vəsiqəsi və buraxılış kartı üçün dövlət rüsumu tələb olunmur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər