“Hazırda Körfәz ölkәlәri, Şәrqi vә Mәrkәzi Avropa, Afrika, Çin, Sinqapur, Hindistan vә digәr yeni ölkәlәrlә danışıqlar aparılır”.
Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar tәdarük vә tәchizat” ASC-nin 2019-cu il әrzindә görülmüş işlərlə bağlı hesabatına istinadən xəbər verilir ki, qurumun əsas mәqsәdi Rusiya bazarından asılılığı minimuma endirmәk vә alternativ bazarlara daha çox üstünlük vermәkdir: “Qısa zamanda әldә etdiyimiz nәticәlәr bunun bariz göstәricisidir. Məsələn, Nigeriyaya gilas, nar ixracı, Dubaya armud, gilas vә yumurta ixracı hәyata keçirilib. Pakistan vә Cәnubi Koreyaya isә nümunә olaraq mürәbbә, noxud, düyü, cem, meyvә quruları göndәrilib. Danışıqlar nәticәsindә ilk addımlar atılıb vә yaxın zamanda ixrac әmәliyyatlarının baş tutacağı gözlәnilir”.
Vurğulanır ki, Ukrayna bizә yaxın olsa da bu ölkәyә ixrac göstәricilәrimiz yüksәk deyil: “Bu baxımdan, Ukrayna bazarı bizim üçün böyük potensial olan ölkәdir vә ASC tәrәfindәn bu ölkәyә üzüm, pomidor vә sarımsaq ixracı hәyata keçirilib”.
Qeyd edilib ki, ümumilikdә ötən il ərzində “Aqrar tәdarük vә tәchizat” ASC tərəfindən 218 285 ton mәhsul ixrac olunub. Bunlardan meyvә vә gilәmeyvә mәhsulları 123 285 ton, yumurta mәhsulu isә 95 ton tәşkil edir.
©Report