9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan palma yağının idxalını dayandırıb

Azərbaycana xaricdən idxal edilən palma yağının idxalı 2021-ci ilin martından sonra dayanıb.

Bu barədə Banker.az-a daxil olan rəsmi məlumatda qeyd edilir.

Tocarətçilər 2021-ci ilin ilk üç ayı ərzində xaricdən Azərbaycana 12.78 min ton həcmində palma yağı idxal etmişdir ki, bu da cəmi 15.33 mln. ABŞ dollarını əhatə edir. Həmin aydan sonra isə ölkəyə bu məhsuldan və onun fraksiyalarından olan yağların idxalı tamamən dayanıb.

Bunun da 10.68 min tondan çoxu (12.55 mln. dolları) İndoneziyadan, 2.09 min tonu isə (2.78 mln dolları) Malayziyadan gətirilib.

Qeyd edək ki, 2020-ci ilin yanvar-aprel aylarında ölkəyə 26.28 min ton, yaxud 22.11 mln dollarlıq palma yağı idxal edilmişdi.

 

Son xəbərlər
Digər xəbərlər