Azərbaycanda palma yağının idxalı dörd aylıq fasilədən sonra may və iyun aylarında yenidən bərpa edilib.
Banker.az xəbər verir ki, ilin may və iyun aylarında ümumilikdə 21.81 min ton və ya 31.25 milyon dollar həcmində xam palma yağı idxal edilib.
İdxalın həcmi illik müqayisədə 9 faiz az olsa da, bu iki ay üçün yuxarı gstəricidir. Belə ki, idxalçı şirkətlər ilin ilk dörd ayında xam palma yağı idxalını tamamı ilə dayandırmışdı.
Palma yağının 21.07 min ton və ya 29.63 milyon dolları İndoneziyadan, 742 ton və ya 1.62 milyon dolları Malayziyadan idxal edilib.
Azərbaycana gətirilən hər 1 ton palma yağının qiyməti 1,432.63 dollar olub. Bu öncəki ilin eyni dövründən 21% çoxdur. Həmin müddətdə 1 184 dollar olmuşdu.
Hazırda isə dünya birjalarında palma yağının bir tonu 1 340 dollar ətrafındadır.