8 C
Baku
Wednesday, February 18, 2026

Azərbaycan pambığı bahalaşır, ixrac şirkətlərinin valyuta gəlirləri artır

2025-ci ildə Azərbaycandan ixrac olunan pambıq lifinin həcmi illik müqayisədə həm qiymətləri əlverişlidir, həm də ixracda yüksəliş var.

Banker.az xəbər verir ki, pambıq ixracı 118.52 min ton təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 8.44% çoxdur. Dəyər ifadəsində ixrac 177.12 mln. dollar olub və illik artım 11.03% təşkil edib.

Orta ixrac qiyməti isə 1 ton üçün 1 494 dollar olub ki, bu da 2024-cü ilin 1 459 dolları ilə müqayisədə 2.39% artım deməkdir.

Bununla belə Azərbaycanın ixrac etdiyi pambıq hazırkı dünya bazar qiymətləri 1 ton üçün təxminən 1 800–2 200 dollar civarından aşağıdır.  Keçən il pambıq istehsalı qlobal tələbi xeyli üstələmişdi. Məsələn gözlənti 25.2 mln. ton olduğu halda, bu 26 ton real istehsal vardı. Əlavə olaraq qeyd etmək lazımdır ki, sintetik liflər, xüsusilə polyester, pambığa alternativ olaraq tələbi müəyyən qədər qiymət arımını məhdudlaşdırır.

İxracatçı şirkətlərdən özəl şirkət “Prime Cotton” MMC xaricə 107.5 mln. dollar, dövlət müəssisə “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC isə 38.9 dollarlıq məhsul satıb. Keçən il bu şirkətlərin valyuta gəlirləri müvafiq olaraq 93.9 mln. dollar və 56.1 mln. dollar idi.

Əsas ixrac bazarı Türkiyə olaraq qalır. 2025-ci ildə bu ölkəyə 101.99 min ton pambıq lifi ixrac olunub ki, bu da ötən illə müqayisədə 2.01% azdır. Dəyər isə 148.33 mln. dollar təşkil edib və 1.66% azalma qeydə alınıb. Türkiyəyə ixrac olunan pambığın orta qiyməti 1 454 dollar olub, bu göstərici 2024-cü ildə 1 449 dollar idi və illik artım cəmi 0.36% təşkil edib.

Bu arada Türkmənistana ixrac kəskin artıb. 2025-ci ildə bu ölkəyə 10.26 min ton pambıq göndərilib ki, bu da illik müqayisədə 416% çoxdur. Dəyər isə 19.89 mln. dollara yüksəlib və 404.83% artım qeydə alınıb. Orta qiymət 1 939 dollar olub, halbuki 2024-cü ildə bu göstərici 1 981 dollar idi.

İrana ixrac da artım nümayiş etdirib. Həcm 3.1 min ton olmaqla illik 74.96% artıb. Dəyər 4.38 mln. dollar təşkil edib. Azərbaycanın cənub qonşusuna pambığın bir ton üçün orta qiyməti 1 409 dollar olub, ötən il isə 1 490.94 dollar idi.

Banqladeş və Çin 2025-ci ildə yeni və ya genişlənən bazarlar kimi çıxış edib. Banqladeşə 2.04 min ton pambıq 3.15 mln. dollar dəyərində ixrac olunub, orta qiymət 1 543.71 dollar təşkil edib. Çinə isə 0.99 min ton məhsul 1.19 mln. dollar dəyərində göndərilib və orta qiymət 1 199.99 dollar olub.

 

Son xəbərlər
Digər xəbərlər