Azərbaycan 2022-ci ildə pambıq yığımı üzrə məhsuldarlığı böyük həcmdə artırıb.
Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Ötən il ərzində 104.3 min ha. pambıq sahəsindən 104.2 ha.-nı yığmağa nail olub. Bu qədər ərazidən 321.8 ton həcmində pambıq məhsul yığıb ki, öncəki ildən 12 faiz yuxarı nəticədir.
Ölkədə qeyri-neft məhsulu kimi ən böyük valyuta gətirən bu aqrar məhsulun hər hektar üz verimliliyi 30.9 sentner, yaxud 3.09 ton təşkil edib.
Öncəki ildə 100.6 min ha ərazidən 287 min ton pambıq yığılıb və hektara məhsuldarlığın 28.5 sentner olduğunu nəzərə alsaq, cari ildə illik müqayisədə 8.4 faiz artımdır.
2022-ci ildə Azərbaycan xaricə (əsasən Türkiyə, İran və Banqladeşə) 683.7 min ton pambıq lifi ixracından $161.12 mln. valyuta əldə edib.