Azərbaycan yenilənmiş “Henley & Partners Visa Restrictions Index” reytinqində 79-cu yerdə qərarlaşıb.
Aprel reytinqində Azərbaycan 75-ci yerdə olub.
“Henley & Partners” şirkətinin viza məhdudiyyətləri üzrə indeksi (Visa Restrictions Index) dünyanın 200-dən çox ölkəsinin və ərazilərin viza tələblərini analiz edir.
“Digər ölkələrin mövqelərində dəyişiklikər səbəbidən Azərbaycan 75-ci yerdən 79-cu yerə enib. Hesabat dövrü ərzində ölkə vizasız səfərlər haqqında müqavilələr imzalamayıb. Azərbaycan vətəndaşları dünyanın 69 ölkəsinə vizasız səfərlər edə bilərlər”, – üçüncü rüb üçün İndeksin məlumatında deyilir.
“Henley & Partners” qeyd edir ki, Yaponiya birinci yedədir (193 vizasız istiqamət), Sinqapur və Cənubi Koreya ikinci yeri bölüşür (192 vizasız istiqamət).