Azərbaycanda quraşdırılan bankomatların ümumi sayı aylıq müqayisədə 1 ədəd (-0,04%), ilin əvvəlindən isə 149 ədəd (-5, 9%) azalaraq 2016-cı il oktyabrın 1-nə 2 545 ATM təşkil edib.
Bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Bildirilib ki, bankomatların 1 398 ədədi və ya 55%-i Bakıda, 1 147-i və ya 45%-i regionlarda yerləşir. Sentyabr ayında paytaxtda 3 bankomat ləğv olunub, regionda 2 bankomat quraşdırılıb. İlin əvvəli ilə müqayisədə paytaxtdakı bankomatların sayı 7% və ya 104 ədəd, regionlarda isə 45 ədəd və ya 3,8% azalıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə bankomatların sayında 162 ədəd və ya 6%, o cümlədən paytaxtda 124 ədəd və ya 8%, regionlarda isə 38 ədəd və ya 3% azalma müşahidə olunub.
Hesabata əsasən, bu il oktyabrın 1-nə ölkədə hər 3,8 min nəfərə bir bankomat düşüb. İlin əvvəlində isə bu göstərici 3,6 min nəfər/ATM təşkil edib.
Bir ATM-ə düşən əməliyyatların orta aylıq həcmi isə sentyabrda 319 min manata enib. Bu da öz növbəsində əvvəlki ayla müqayisədə 1,8% azalma deməkdir.
Report