9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan Polşadan daşınan hava yüklərinin artım tempinə görə ilk 3-lükdə qərarlaşıb

Bu ilin I rübündə Azərbaycan Polşadan hava yük daşımalarının illik artım tempinə görə ilk 3-lükdə qərarlaşıb.

Bu barədə Polşanın Mülki Aviasiya İdarəsinin məlumatında bildirilir.

Məlumata görə, yanvar-mart aylarında Polşadan daşınan hava yüklərinin həcminin illik artım tempinə görə ilk yerlərdə ABŞ (9.2 min ton çox), Fransa (1.9 min ton çox) və Azərbaycan (0.5 min ton çox), pandemiyadan əvvəlki dövr- 2019-cü ilin ilk 3 ayı ilə müqayisədə isə ABŞ (10.5 min ton artım ilə), Almaniya (4.6 min ton) və Fransa (2.9 min ton çox) qərarlaşıb.

Hesabat dövründə Polşadan daşınan hava yüklərinin ümumi həcmi 45 min ton olub ki, bu da, illik müqayisədə 13.3 % və 2019-cu ilin I rübü ilə müqayisədə isə 65 % çoxdur.

Yüklərin böyük hissəsi LOT Polşa aviaşirkəti tərəfindən daşınıb. Yüklərin əsas marşrutları ABŞ, Almaniya və Fransa olub.

Eyni dövrdə yüklərin böyük hissəsi Varşava şəhərindəki Şopen Hava Limanından daşınıb (23.2 min ton) ki, bu da ümumi yüklərin təxminən 52 %-ni təşkil edib. Növbəti pillələrdə isə Rzeşov şəhərindəki Yasionka Hava Limanı (11.2 min ton) və Katovitse şəhərindəki Pırzovitse Hava Limanı (7.6 min ton) yer alıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər