“Bakı Polimer İstehsalat” MMC Polşaya streç-sarğı məhsulları ixrac edəcək.
Banker.az AMEA-dan əldə etdiyi məlumata əsasən xəbər verir ki, indiyədək Ukrayna və Rusiya Federasiyası kimi ölkələrdən idxal edilən bu məhsulun Avropa ölkələrinə ixracına başlanılır.
Qeyd edək ki, “Bakı Polimer İstehsalat” MMC-yə ötən il AMEA-nın Yüksək Texnologiyalar Parkının (YTP) rezident statusu verilib. Müəssisə streç-sarğılar istehsal edən zavod kimi fəaliyyət göstərir.