35 C
Baku
Sunday, July 20, 2025

Azərbaycan pomidor ixracından 150 milyon dollara yaxın gəlir əldə edib

2025-ci ilin yanvar-iyun ayında Azərbaycandan 149 milyon 26 min dollar dəyərində 134 376 ton pomidor ixrac olunub.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 9% artıb, miqdar ifadəsilə 18% artıb.

2024-cü ilin eyni ayında Azərbaycandan 136 milyon 950 min dollar dəyərində 114 247 ton pomidor ixrac olunmuşdu.

Bu il ümumi ixracının 1.16%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 8.50%-i pomidorun payına düşüb.

Son xəbərlər
Digər xəbərlər