Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2026-cı ilin ilk 8 ayında Azərbaycanın xarici ölkələrə pomidor (tomat) ixracının həcmi cüzi azalsa da, əldə olunan gəlirdə artım qeydə alınıb.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
İxrac gəlirləri 10% artıb: Cari ilin yanvar-avqust aylarında pomidor ixracından 172 milyon 220 min dollar gəlir əldə edilib. Ötən ilin müvafiq dövründə bu göstərici 157 milyon 153 min dollar təşkil etmişdi.
8 ay ərzində xaricə 143 min 19 ton pomidor satılıb ki, bu da 2025-ci ilin eyni dövrü (143 min 995 ton) ilə müqayisədə 0.7% azdır.
İxrac olunan 1 kiloqram pomidorun orta statistik dəyəri ötən ilki 1,09 dollardan yüksələrək 1,20 dollara (təxminən 2,05 manat) çatıb.







