2023-cü ilin ilk 10 ayında Azərbaycandan 126 milyon 81 min dollar dəyərində 113 319 ton pomidor ixrac olunub.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 8%, miqdar ifadəsilə 1.4% azalıb.
2022-ci ilin ilk 10 ayında Azərbaycandan 137 milyon 140 min dollar dəyərində 114 908 ton pomidor ixrac olunmuşdu.
1 ton pomidorun orta ixrac qiyməti 1193 dollardan 1113 dollara düşüb.