8 C
Baku
Friday, December 13, 2024

Azərbaycan Prezidenti Cəbrayılda DSX-nin hərbi hissəsinin açılışını edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva aprelin 26-da Cəbrayıl və Zəngilan rayonlarına səfər zamanı Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak ediblər.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Dövlət başçısına məlumatına verilib ki, yeni hərbi hissədə xidməti yüksək səviyyədə aparmaq üçün bütün şərait var.

Hərbi hissədə yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ilə görüşüb və çıxış edib.

Son xəbərlər
Digər xəbərlər