8 C
Baku
Sunday, November 17, 2024

Azərbaycan – Qətər birgə müəssisələrinin yaradılmasına dəstək göstəriləcək

Qətərdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Qətər Ticarət və Sənaye Palatası arasında Azərbaycan – Qətər Birgə Biznes Şurasının yaradılması haqqında Saziş imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Qətər Ticarət və Sənaye Palatasının İdarə Heyətinin üzvü Əli Bin Əbdüllətif Əl Mesned imzalayıblar.

Bbanker.az KOBİA-ya istinadən xəbər verir ki, Biznes Şurası ölkələrimiz arasında ikitərəfli iqtisadi-ticarət əməkdaşlığının ümumi vəziyyəti və gələcək istiqamətlərinin müzakirə ediləcəyi, sahibkarlar arasında əlaqələrin təşviq olunacağı platforma olacaq.

Şura tərəfindən Azərbaycan və Qətər arasında ikitərəfli ticarət-iqtisadi əlaqələrin daha da inkişafı məqsədilə sahibkarların təşəbbüsləri dəstəklənəcək, bizneslər, o cümlədən KOB-lar arasında birbaşa əlaqələrin qurulmasına köməklik ediləcək, sahibkarların qarşılıqlı səfərləri, görüşləri, birgə seminarlar və dəyirmi masalar təşkil olunacaq, iqtisadi əlaqələrin inkişafı üçün faydalı olacaq kommersiya, ticarət, iqtisadi, elmi, texnoloji və digər məlumatların mübadiləsi həyata keçiriləcək, birgə müəssisələrin və digər qarşılıqlı əməkdaşlıq formalarının yaradılmasına və fəaliyyətinə dəstək göstəriləcək.

Son xəbərlər
Digər xəbərlər