27 C
Baku
Saturday, September 6, 2025

Azərbaycan Qətər şirkəti ilə enerji sektorunda əməkdaşlığı nəzərdən keçirir

Azərbaycan Qətərin “Power International Holding” şirkəti ilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin icrası imkanlarını nəzərdən keçirir.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

M.Cabbarov Qətər-ə səfəri çərçivəsində “Power International Holding” şirkətinin prezidenti və baş icraçı direktoru Mutaz Al-Xayyat ilə görüşüb.

Nazir bildirib ki, iqtisadi sahədə qarşılıqlı faydalı təşəbbüslərin icrasının xüsusi əhəmiyyəti vurğulanıb: “Şirkətlə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin icrası imkanlarını nəzərdən keçirdik”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər