10 C
Baku
Friday, December 13, 2024

Azərbaycan Qarabağ ermənilərinə humanitar istiqamətdə ehtiyac olan yardımları göstərməyə hazır olduğunu bəyan edib

Qarabağda erməni əhalinin nə qida, nə tibbi ləvazimatlarla bağlı heç bir problemi yoxdur. Azərbaycan tərəfi humanitar istiqamətlərlə bağlı nə yardıma ehtiyac varsa, qarşılamağa hazırdır.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

XİN başçısı qeyd edib ki, ərazidə qaz təchizatı ilə bağlı məsuliyyətli tərəf Azərbaycan deyil:

“Yəni qazla bağlı deyilənlər feykdir. Dağlıq ərazilərdə soyuq hava şəraiti ilə əlaqəli mütəmadi problemlər qeydə alınır. Yerli erməni əhalinin başında duranlar yalan informasiyalar yayırlar. Özləri süni şəkildə ünsiyyətdən yayınırlar”.

Son xəbərlər
Digər xəbərlər