12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycan Qarabağda yaradılacaq geyim istehsalı hesabına idxaldan asılılığı azaltmaq istəyir

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dəyəri 51 milyon manat olan iplik, 20 milyon manat olan parça, 17 milyon manat olan geyim istehsalı müəssisələrinin qurulması təklif edilir.

İplik müəssisəsinin istehsal gücü illik 10 min ton təşkil edəcək, xammala olan tələbat yerli pambıq mahlıcı hesabına formalaşdırılacaq. İstehsal olunan məhsullar həm yerli bazar üçün, həmdə ixrac üçün nəzərdə tutulub.

Parça istehsalı müəssisəsi Qarabağın sənaye parklarında qurulacaq. Müəssisənin istehsal gücü illik 35 milyon m2 nəzərdə tutulur, xammala olan tələbat yerli iplik hesabına formalaşdırılacaq. Hazırda ölkədə parça istehlakının 90%-i idxal hesabınadır.

Geyim müəssisəsinin illik istehsal gücü 1 milyon ədəd olması planlaşdırılır. Hazırda ölkə üzrə istehlakın 80%-i idxal hesabına formalaşır.

Layihəyə görə, müəssisənin xammala olan tələbatı yerli pambıq parça hesabına ödəniləcək, sintetik və ipək parçaları isə idxal ediləcək.

Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyətə görə, müəssisələr 10 il müddətinə mənfəət, əmlak, torpaq, idxal olunan avadanlıqlara görə ƏDV və gömrük rüsumlarından azad olunur. İstehsal fəaliyyəti ilə məşğul olan sahibkarların ödədikləri kommunal xidmətlərin tariflərinə uyğun olaraq vəsaitin 20%-i məbləğində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımının ödənilməsi nəzərdə tutulur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər