8 C
Baku
Sunday, November 17, 2024

Azərbaycan qaz hasilatını 7% artırıb

2022-ci ilin yanvar-noyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 42,5 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 12,2 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 23 milyard kubmetri “Şahdəniz”dən, 7,3 milyard kubmetri SOCAR üzrə hasil olunub. 2021-ci ilin müvafiq dövrünə nisbətən 7 faiz, yəni 2,8 milyard kubmetr artımla qaz hasil edilib.

Bu barədə Banker.az-a Energetika Nazirliyindən məlumat verilib.

Hesabat dövründə xaricə qaz satışı 20,1 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz çoxdur. 11 ayda Avropaya 10,3 milyard kubmetr, Türkiyəyə 7,6 milyard kubmetr, Gürcüstana isə 2,2 milyard kubmetr qaz satılıb. Bu dövrdə Türkiyəyə TANAP vasitəsilə 5,2 milyard kubmetrə yaxın qaz nəql olunub.

Nazirlikdən verilən məlumata əsasən, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin 01 dekabr tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 202,3 milyard kubmetr, “Şahdəniz”dən isə 180,5 milyard kubmetrə yaxın qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 126,1 milyard kubmetr həcmi ixraca nəql edilib.

Son xəbərlər
Digər xəbərlər