1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan qaz ixracını 47% artırıb

Azərbaycanın 2021-ci ilin ilk 8 ayı ərzində təbii qaz ixracından gəlirləri 2.35 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Ölkənin bu qədər valyuta gəliri 13 mlrd. kub metrlik təbii qaz ixracının hesabına baş verib.

Qaz ixracı öncəki ilin eyni dövrü ilə müqayisədə miqdar baxımdan 47%, dəyər baxımdan isə 38% artmışdır.

Azərbaycanın xaricə satdığı təbii qaz, qaz halında, min kub metr

Ölkələr Miqdar Statistik dəyər, min USD
CƏMİ                13,241,763.48                         2,350,391.76
Türkiyə                   7,309,619.31                         1,089,818.18
İtaliya                   3,046,941.26                             836,241.79
Gürcüstan                   2,157,801.61                             268,509.14
Yunanıstan                      424,205.61                             127,571.40
Bolqarıstan                      150,749.16                               22,464.97
İran İslam Respublikası                      152,446.53                                 5,786.28

 

Son xəbərlər
Digər xəbərlər