“Özbəkistana işgüzar səfərimiz çərçivəsində Azərbaycan, Özbəkistan və Qazaxıstan iqtisadiyyat və energetika nazirlərinin üçtərəfli görüşündə “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu”nu imzaladıq”.
Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Sənədin icrası yaşıl enerjinin istehsalı və Azərbaycan ərazisi vasitəsilə Avropaya ixracı, enereji sistemlərinin inteqrasiyası və bərpaolunan resurslardan səmərəli istifadənin təşkili istiqamətində birgə hədəflərin həyata keçirilməsinə təkan verəcək”, – deyə nazir qeyd edib.