Azərbaycan, Qazaxıstan və Özbəkistan birləşərək “Türk Avtomobil Sənayesi” alyansını yaradırlar. Bunun açıqlanmayan məqsədlərindən biri də sanksiyalardan yan keçərək Rusiya avtomobil bazarına çıxmaqdır. Ancaq bütün avtomobil mütəxəssisləri bununla razılaşmırlar.
“UzAuto Motor” şirkəti Qazaxıstan tərəfdaşları ilə “Chevrolet Onix” avtomobillərinin istehsalına daxil müqavilə imzalayıb. Bir tərəfdən, ekspertlər hesab edirlər ki, bu yolla ölkənin avtomobil şirkətləri Avrasiya İqtisadi Birliyinin üzvü olan Qazaxıstan vasitəsilə Rusiya avtomobil bazarına daxil olmaq istəyir. Digər tərəfdən, Özbəkistan Qazaxıstan və Azərbaycan avtomobil bazarında öz mövqelərini möhkəmləndirəcək və əvvəllər Rusiyanın tutduğu yeri tuta biləcək.
Daha əvvəl “Nissan”ın Peterburq şəhərindəki zavodunda 10 min yeni “Lada” avtomobili istehsal olunacağı barədə məlumat yayılıb.