Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Qazaxıstanın Şimali Qazaxıstan, Kostanay, Aqmola, Pavlodar, Almatı və Aqtöbe vilayətlərində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, yüksək patogen quş qripi xəstəliyinin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və bu xəstəliyə görə epizootik sağlamlıq statusu bərpa olunub.
Banker.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, bununla əlaqədar, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi” nəzərə alınaraq, yüksək patogen quş qripi xəstəliyinə görə Qazaxıstanın adları sadalanan vilayətlərinə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.