18 C
Baku
Sunday, September 8, 2024

Azərbaycan Qazaxıstanla birgə məhsul istehsal edib ixrac edə bilər

Azərbaycan və Qazaxıstan birgə istehsal müəssisəsi yaradaraq 3-cü ölkələrə məhsul ixrac edə bilər.

Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bildirib.

“Bu gün Bakıda keçirilən Azərbaycan-Qazaxıstan kənd təsərrüfatı forumunda iki ölkənin şirkətlərini bir araya gətirdik ki, onlar müzakirələr aparsınlar və konkret təkliflərini irəli sürsünlər. Dünyada qida ilə bağlı müəyyən problemlər var. Qida hər kəsə kifayət etmir. Həm Qazaxıstan, həm də Azərbaycan kənd təsərrüfatı ölkələridir və əməkdaşlıq üçün böyük potensial olduğunu görürük. Təəssüf ki, biz hələ bu potensialı reallaşdıra bilmirik”, – deyə o qeyd edib.

“Qarabağda da kənd təsərrüfatı sahəsində fərqli layihələri reallaşdırmağa hazırıq”,-deyə səfir əlavə edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər