2021-ci ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrə dəyəri 357 mln 692.34 min ABŞ dolları olan 3 mlrd 318 mln 506.3 min kubmetr təbii qaz ixrac edib.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bu ilin yanvar-fevral ayında 2 mlrd 62 mln 810.13 min kubmetr qaz Türkiyəyə, 1 milyard 244 mln 846.58 min kubmetr isə Gürcüstana, 10 milyon 794.1 min kubmetr İtaliyaya, 55.49 min kubmetr isə Bolqarıstana ixrac edilib.
Yanvar-fevral aylarında Türkiyəyə ixrac edilən təbii qazın ümumi dəyəri 180 milyon 41.35 min ABŞ dolları, Gürcüstana 175 milyon 501.85 min ABŞ dolları, İtaliyaya 1 milyon 949.05 min ABŞ dolları, Bolqarıstana isə 200.08 min ABŞ dolları təşkil edib.