17 C
Baku
Saturday, May 18, 2024

Azərbaycan qazının gələcəkdə Polşaya nəql edilməsi istisna olunmur

Azərbaycan qazının gələcəkdə Polşaya nəql edilməsi istisna olunmur.

Bunu müsahibəsində Azərbaycanın Polşadakı Fövqəladə və Səlahiyyətli Səfiri Nərgiz Qurbanova bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın əsas hədəfi Cənub Qaz Dəhlizidir: “Bu dəhliz vasitəsilə də İtaliyayadək Azərbaycan resursları nəql edilir. Ancaq eyni zamanda, uzun illərdir ki, Avropa İttifaqı daxilində energetika sahəsində ölkələri bir-biri ilə bağlantını – interkonnektorlar şəbəkələrinin yaradılması, mövcudlarının genişləndirilməsi məsələsi gündəlikdədir. Belə olduğu halda, əslində, gələcəkdə istisna olunmur ki, Azərbaycandan İtaliyaya, növbəti marşrutlar üzərində verilə biləcək resurslar bu interkonnektorlar şəbəkələri vasitəsilə Avropanın digər ölkələrinə də paylanıla bilər. Bu gələcəyə bağlı olan bir inkişafdır”.

Səfir bildirib ki, Polşa tərəfi ümumiyyətlə, ənənəvi olaraq Avropanın enerji təhlükəsizliyini birmənalı olaraq dəstəkləyən ölkələrdəndir: “Bir neçə il və hazırda da Polşanın daxili siyasətinin əsas hədəfi enerji sayəsində bir neçə mənbədən enerji resurslarını alaraq tam müstəqil olmaqdır. Bu ölkənin bununla bağlı bir neçə layihəsi mövcuddur və uğurla davam edir”.

N.Qurbanova qeyd edib ki, neft məhsullarına gəldikdə, neft artıq qlobal bir əmtəədir: “Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru xətti ilə daşınaraq daha sonra tankerlərlə dünya bazarına çıxarılır və dünya ölkələri onu əldə edir. Bizdə olan məlumata görə, Slovakiyada Polşanın neft emalı zavodu var və bu neft emalı zavoduna da o cümlədən keyfiyyətli neft məhsulları çatdıran ölkələrdən biri də Azərbaycandır”.

 

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər