12 C
Baku
Friday, November 1, 2024

Azərbaycan qazının nəqli üçün boruların bir hissəsinin istehsalı tamamlanıb

Yunanıstanın “Corinth Pipeworks” şirkəti Azərbaycan qazının Bolqarıstana nəqli üçün inşa olunan Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (Interconnector Greece-Bulgaria- IGB) 47 km hissəsi üçün boruların istehsalını tamamlayıb.

Bu barədə boru kəməri layihəsini həyata keçirən ICGB şirkəti məlumat yayıb.

Bu boruların fevralın ilk həftəsində çatdırılması nəzərdə tutulur.

Bildirilib ki, boru kəmərinin inşası davam etdirilir və layihə plana uyğun irəliləyir. Yunanıstan şirkəti IGB üçün boruların istehsalını beş hissəyə bölüb. Boruların diametri 32 düym, uzunluğu 12 və ya 18 m təşkil edir.

Qeyd edək ki, IGB Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil edilən təbii qazın Bolqarıstana nəqlini nəzərdə tutur. Trans-Adriatik Boru Kəmərinə (TAP) qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 faizini ödəyə biləcək.

182 kilometrlik uzunluğunun 150 kilometri Bolqarıstan ərazisindən keçən boru kəmərinin illik buraxılış gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

©Report

Son xəbərlər
Digər xəbərlər