Beynəlxalq Valyuta Fondu (BVF) 2029-cu ilə qədər Azərbaycan qazının 1 000 kubmetrinin orta qiymət üzrə proqnozunu açıqlayıb.
Bu, BVF-nin İcraiyyə Şurasının Azərbaycan hökuməti ilə IV maddə üzrə məsləhətləşmələrin yekunlarına əsaslanan qiymətləndirməsində (2023-cü ilin noyabr ayında aparılıb – İF) öz əksini tapıb.
Proqnoza əsasən, bu il Azərbaycan qazının 1 000 kubmetrinin orta qiyməti 393,1 ABŞ dolları təşkil edəcək, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 8,3 ABŞ dolları və ya 2,16% çoxdur.
Qeyd olunur ki, 2023-cü ildə Azərbaycan qazı kəskin ucuzlaşıb. Belə ki, ötən il bu göstərici 384,8 dollar səviyyəsində olub ki, bu da illik müqayisədə 355,2 dollar və ya 48% azalma deməkdir.
Bununla yanaşı, BVF gələn il qazın qiymətinin azalmasının, 2026-cı ildə isə yenidən artacağını gözləyir. Azərbaycan qazının qiyməti üzrə 2027-2028-ci illər üçün Fond azalma dinamikasını proqnozlaşdırır.
Azərbaycan qazının qiymətinin illər üzrə dinamikası (BVF qiymətləndirməsinə əsasən):
İllər üzrə | 2020 | 2021 | 2022 | 2023 | 2024 | 2025 | 2026 | 2027 | 2028 |
Qazın güman edilən qiyməti (min kubmetr, ABŞ dolları) | 173,5 | 368,1 | 740 | 384,8 | 393,1 | 291,7 | 362,6 | 322,6 | 319 |