9 C
Baku
Sunday, November 17, 2024

Azərbaycan qazının Rumıniyaya tədarük həcmi açıqlanıb

Rumıniyanın “Romgaz S.A.” şirkəti 2023-cü il aprelin 1-dək 300 milyon kubmetrə qədər Azərbaycan qazı tədarük edəcək.

2023-cü il yanvarın 1-dən aprelin 1-dək olan dövrdə gündəlik tədarükün 4,2 milyon kubmetrə qədər olacağı gözlənilir.

Tədarük Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Romgaz S.A.” şirkəti arasında qış aylarında spot həcmlərin tədarükü üzrə imzalanmış müqavilə əsasında həyata keçirilir.

Qaz həcmləri Türkiyədən Yunanıstanın Virtual Ticarət Məntəqəsinə (VTP) çatdırılacaq, daha sonra Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə Bolqarıstana və Trans-Balkan dəhlizindəki əlaqə nöqtəsindən yenidən Rumıniyaya göndəriləcək.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) oktyabrın əvvəlində kommersiya istismarına verilib. IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən mavi yanacağın Bolqarıstana nəqlini nəzərdə tutur. Bolqarıstanın dövlət şirkəti olan “Bulgargaz EAD” “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ini ödəyə biləcək.

Son xəbərlər
Digər xəbərlər