6 C
Baku
Tuesday, March 10, 2026

Azərbaycan qeyri-ənənəvi neft və qaz ehtiyatlarının işlənməsi ilə məşğul olmağa başlayır – SOCAR-ın prezidenti

Azərbaycan qeyri-ənənəvi neft və qaz ehtiyatlarının işlənməsi ilə məşğul olmağa başlayır.

Bunu bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş ABŞ-Azərbaycan ticarət və biznes konfransında çıxışı zamanı bildirib.

Nəcəf vurğulayıb ki, Xəzər dənizində əhəmiyyətli balıq ehtiyatları olduğuna görə bu mövzu əvvəllər ölkə üçün prioritet olmayıb.

“Əvvəllər biz dənizdə neft və qaz yataqlarına diqqət yetirirdik. İndi isə dəniz yataqlarının işlənməsi ilə paralel olaraq, quruda qeyri-ənənəvi sərvətlərin işlənməsini də həyata keçiririk. Bu mənada, Amerika şirkətləri bu layihənin təbii tərəfdaşlarıdır, çünki onlar lazımi texnologiyalara, biliklərə və təcrübəyə çıxış əldə edirlər. Bu layihənin uğurlu inkişafı üçün məhz bu tələb olunur. Biz artıq ExxonMobil ilə işləməyə başlamışıq”, – o bildirib

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər