2023-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ixracı 12.6 milyard milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1.2 milyard ABŞ dolları təşkil edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Qurumun hazırladığı “İxrac icmalı”nın may sayına əsasən, qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin eyni dövrü ilə müqayisədə milyon ABŞ dolları və ya 21.2% artıb.
Cari ilin aprel ayı üzrə qeyri-neft ixracı 275 milyon ABŞ dolları ABŞ dolları təşkil edib. 2023-cü ilin aprel ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (84.5 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (65.5 milyon ABŞ dolları) ikinci və Gürcüstan (33.4 milyon ABŞ dolları) üçüncü olub.
Yanvar-aprel ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (313.7 milyon ABŞ dolları) birinci olub.Bu siyahıda pomidor (tomat) (54.2 milyon ABŞ dolları) ikinci, meşə fındığı (47.2 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2023-cü ilin yanvar-aprel ayları ərzində yeyinti məhsulları üzrə ixrac 236.2 milyon ABŞ dolları, aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri isə 9.1% artaraq 248.2 milyon ABŞ dolları olub.